• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 24.10.2018 10:03

Apple mağazalarında $2000-a avtonom dron peyda oldu

Bəzi Apple mağazalarında Skydio R1 adlı avtonom dron satışa çıxarılıb. O, “ağıllı” Apple Watch saatları ilə idarə olunur. Sahibini göydən izləyən cihazın qiyməti ABŞ-da $2000-dır. Skydio R1 Massaçusets texnologiya institutunun keçmiş tələbələri və Google-un eks-mühəndisləri tərəfindən ərsəyə gəlib. İri sərmayəçilər startapa 70 000 000 dollar maddi vəsait ayırıblar. Digər dronlardan fərqli olaraq bu uçan aparat özü sərbəst şəkildə uçmağı bacarır. Onu robot ya da avtonomla uçan kamera adlandırırlar. Skydio R1-lə istənilən adamı izləmək mümkündür.