• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 24.10.2018 10:01

Virtaul reallıqda meşə yanğınları göstərildi

Weather Channel adlı meteorologiya kanalı qarışıq reallıq texnologiyası ilə yeni video çarxını nümayiş elətdirib. 3 dəqiqəlik videoda meteoroloq Stefani Abrams virtual meşədə çıxış edərək son 10 illiklərdə meşə yanğınların əhəmiyyətli dərəcədə artdığını bildirib. Qızmar vaxtlarda güclü külək əsərsə bir qığılcımla güclü yanğınlar meydana gələ bilər. Bu hadisələrin 80%-i insanlar tərəfindən baş verir. Daha sonra video çarxda ani bir qığılcımla bir neçə saniyə ərzində alovun baş verdiyi göstərilir. Deyilənə görə, güclü alov cəmi 1 saniyəyə futbol meydançası boyda ərazini ağuşuna almaq iqtidarındadır.