Yığım xaricdən gətirilən xüsusi texnika və əl əməyi vasitəsilə aparılır. Vaxtında aparılan aqrotexniki qulluq nəticəsində məhsuldarlıq boldur. Hər hektardan 30 tona yaxın məhsul əldə olunması proqnozlaşdırılır. Gəlir baxımından fermerləri qane etdiyi üçün bu il ötən ilə nisbətən bu sahəyə maraq daha da artıb. Belə ki, rayonda 50 hektar sahədə yerkökü əkilib. Bu da 900 tona yaxın məhsul deməkdir. Yerkökü əsasən daxili bazar üçün becərilir və bu günkü qiymətlər fermerlərin ürəyincədir.
Şakir Hüseynov – fermer :“ Yığırıq sahələrdən sonra göndəririk anbara orada yuyulur və qablaşdırılır. Daha sonra məhsul ölkənin daxili bazarlarıan aparılır. Bu günkü bazar qiyməti bizi çox qane edir, yaxşıdır”
Yasin Mmmədov – Goranboy rayon İH-nin məsləhətçisi: “Ənənəvi tərəvəz bitkiərindən bu il və ötən ildə yerkökü əkininə daha geniş yer verilib. Buda bir gəlirli sahə kimi ailə kəndli fermerlərimizin vəziyyətini yaxşılaşdırır və bazarda bolluq yaradır”
- Baxış: 954