Porsche Panamera model ailəsi iki yeni versiya ilə təmin olunub: GTS və GTS Sport Turismo. onlara müvafiq olaraq 141 min dollar və 144 min dollar qiymət qoyulub. GTS versiyaların bazası SportDesign və Sport Chrono paketlərindən, eləcə də adaptiv amortizatorlu üç kameralı pnevmatik asmadan ibarətdir. Hər iki Panamera 460 at güclü 4.0 litrlik V8 biturbo motorla təchiz olunub. Bu, əvvəlki GTS-lərdən 20 at gücü çoxdur. Aqreqat 8 pilləli robotlaşdırılmış sürət qutusu və tam ötürücü sistemlə birləşir. Panamera GTS yerindən ilk 100 km/saat sürəti 4,1 saniyəyə yığır. Maksimal sürətsə 292 və 289 km/saat təşkil edir.
- Baxış: 404