Gəncəmizi Tanıdaq adlı musiqili gecədə kompazisyalar nümayiş etdirilib, musiqilər və şerlər ifa olunub.Azərbaycana Birgə Yardım İctimai təşkilatının dəstəyi ilə həyata keçirilən tədbirdəGəncəni və vətənpərvərliyi tərənnüm edən 10-dan artıq səhnəcik də göstərilib.Tədbirin əsas məqsədi sərhəd bölgələri arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi və əlil uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Rəzalə Abbasova UAFA-nın koordinatoru:Uşaqlar hər bir vətəndaş kimi, Azərbaycan vətəndaşı kimi öz şəhərini öz ölkəsini tanımaq üçün bütün dünyaya car çəkib deyirlər ki, biz vətənimizi sevirik, biz Azərbaycanımızı sevirik, biz Gəncəmizi sevirik. Bu yöndə biz sağlamlıq imkanları məhdud olan uşaqlara və bütün Azərbaycan vətəndaşlarına vətənpərvərlik hislərini çatdırmaq istiyirik.
- Baxış: 782