Yaponlar öz ölkələrində yenilənmiş Mazda CX-5 krossoverini bazara çıxarıblar. 2,5 litrlik turbomotora malik modifikasiya qazanan maşın eyni zamanda G-Vectoring Control elektron sistem və özəl olaraq Exclusive Mode əldə edib. Avtomobil markanın tarixində turbomotorla təchiz olunmuş ilk modeldir. 4 silindrli 230 at güclü mühərrik 6 diapazonlu avtomatik sürət qutusu ilə işləyir. Mazda CX-5-in indi Apple CarPlay və Android Auto yeni mediakompleksi var, təhlükəsiz əyləc sistemi olan Advanced SCBS isə gecə vaxtı piyadaları müəyyən etməyi öyrənib. Klimat kontrol blokunda və alətlər panelində ötürücülərin dizaynı dəyişib. Exclusive Mode komplektasiyasında salonda ağac materialından dekorativ elementlər, ventilyasiyalı və nappa dərisindən oturacaqlar, çərçivəsiz güzgü, işıq diodları görmək mümkündür. Bu paketə 19 düymlük eksklüziv rəngli təkərlər də daxildir. “Gün doğan” ölkədə bu maşını noyabrdan satmağı planlaşdırırlar.
- Baxış: 438