KepezTV Player
Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sərhəd zastavasına gətirilib, onların üzərinə baxış keçirilərkən 1 ədəd qara rəngli əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib.Saxlanılan sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib, onların İran İslam Respublikası vətəndaşları - 28 yaşlı Pənahi İbrahim Əli və 25 yaşlı Nəravi Mehdi Əhməd olmaları məlum olub.Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 427