• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 15.10.2018 14:33

Qərb bölgəsində ürək xəstələrinin sayı artıb

KepezTV Player

Qərb bölgəsində ürək xəstələrinin sayı artıb, xəstəlik cavanlaşmaqda davam edir.

Ürək-damar problemindən əziyyət çəkənlər arasında ölüm hallarının artması da kardioloqları narahat edir.

Bu ilin 9 ayında Gəncə şəhər Kardioloji xəstəxanasına 1626 nəfər ürək xəstəliyindən əziyyət çəkən müraciət edib ki, bu da ötən illə müqayisədə 5 faiz çoxdur. Onlardan 600-ə yaxınına infakt, ürək tutmaları, hepertaniya diaqnozu qoyulub. Xəstələrin 30 faizdən çoxu 40 yaşadək olanlardı.

Bəxtiyar Mirzəliyev sakin – “33 yaşım var. 10 gündür ki, müalicə oluram. Diaqnozum ürək genişlənməsidir. Sağ olsun həkimlər müalicə edirlər”.

Zərifə Həsənova sakin – “Ürək damarım tutulmuşdu. Özümü pis hiss edirdim. Gəldim həkimin yanına onun da müalicəsini götürdük. İstədik əməliyyat elətdirək, müalicənin köməyi oldu əməliyyat elətdirəsi olmadım”.

İlin əvvəlindən qeydiyyatda olan ürək xəstələrindən 19-u dünyasını dəyişib. Bu da 2017-ci illə müqayisədə 4 nəfər çoxdur.

Faxrəddin Namazov - Gəncə Şəhər Kardiololoji Xəstəxanasının baş həkimi – “Birinci siqareti atsınlar. Gün ərzində ən azı istər səhər istərsədə axşam 4-5 km hərəkət etsinlər. Yeməklərinə fikir versinlər. Axşam saat 7-8-dən sonra yemək yeməsinlər, artıq çəkini azaltsınlar. Vaxtlı-vaxtında həkimə müraciət etsinlər. Bunları etsələr mən inandırıram ki, infaktən sayı o qədər olmaz, ağırraşmalarda olmaz, cavanlaşma da getməz”. 

90 çarpayılıq Xəstəxanada reanimasiya şöbəsi də fəaliyyət göstərir.

 

Elnur Vahidoğlu