KepezTV Player
Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.Hadisə 1DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Sərhədçilərin “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə İran İslam Respublikasına tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı 1 ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib. Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 399