Lənkəranda gənc oğlan dəm qazından boğularaq ölüb. Hadisə axşam saatlarında şəhərin Raypo adlanan ərazisində çoxmənzilli binada baş verib. Şəki rayon sakini 29 yaşlı Şəhriyar Əbdülrəhmanov kirayə yaşadığı mənzildə huşsuz vəziyyətdə tanışları tərəfindən aşkar edilib. Dərhal Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları evə çağırılıb. Hadisə yerinə çatan həkimlər Şəhriyar Əbdülrəhmanova ilkin tibbi yardım göstərdikdən sonra onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlərin səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq ötrü Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Faktla bağlı rayon Prokrorluğunda araşdırma aparılır.
- Baxış: 380