• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 15.10.2018 10:03

Sürücüsüz Range Rover Böyük Britaniyanın ən çətin yollarını qət etdi

Avtonom rejimlə təmin olunan Range Rover Sport yolsuzluq avtomobili Böyük Britaniyanın ən çətin yollarını uğurla keçməyi bacarıb. Coventry Ring Road adlı dairəvi yolda avtomobil kəsişmə və qovşaqları məharətlə dəf edib, bununla belə yol hərəkət qaydalarına riayət unudulmayıb. Maksimum sürətsə 65 km/saat olub. Pilotsuz Range Rover Sport maşını adaptiv kruiz-kontrolla təchiz edilib. Əlavə olaraq ofrouda naviqasiya sensorları, GPS-siqnal qəbuledicisi, radar və lazerli məsafə ölçən quraşdırıblar. Bunlar hesabına model sürücüsüz vəziyyətdə dairəvi yolu keçmək, işıqforları müəyyən etmək, piyadaları, velosipedçiləri və digər maşınları müəyyən etmək iqtidarında olur.