Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Gəncədə müvəqqəti məskunlaşan məcburi köçkünlər ixtisaslaşdırılmış həkimlər tərəfindən tibbi müayinəyə cəlb edilib. 100-dən çox Kəlbəcər sakini terapevt, stomatoloq, ginekoloq, uroloq və digər müayinələrdən keçib. Bu cür tibbi aksiyaların əhəmiyyəti və ənənəvi olaraq məcburi köçkünlərin kompakt yaşadıqları digər bölgələrdə də keçirildiyinə diqqət çəkilib. Dədə-baba yurdlarından didərgin düşənlər təşkilatçılara minnətdarlıq edərək təklif və müarciətlərini millət vəkili Məlahət İbarhimqızına çatdırıblar.
Məlahət İbarhimqızı millət vəkili: Bilirsiz ki möhtərəm prezidentimiz artıq bir neçə ildir ölkə əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi tapşırığı verir. Sözsüz ki bizim bir nömərli tibbi müayinədən keçməyə ehtiyacı olan vətəndaşlarımız məcburi köçkünlərdir. Bu gündə biz Səhiyyə nazirliyinin dəstəyi ilə burada yaşayan məcburi köçkünləri tibbi müayinəsini həyata keçirmək üçün gəlmişik.
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının təşəbbüsü ilə sözügedən rayonda fəaliyyət göstərən 23 nömrəli tam orta məktəblə Kəlbəcər rayon 69 nömrəli məktəb əməkdaşlıq edəcək. Gəncədə yerləşən məktəblə tanışlıqdan sonra YAP üzvləri məktəbə dərs ləvazimatları və digər zəruri inventarlar hədiyyə ediblər. Qarşılıqlı əməkdaşlıq çərçivəsində hər iki məktəb şagirdləri arasında bilik yarışları və intelektual oyunlar keçiriləcək, pedaqoji əməkdaşlıq qurulacaq. Bundan öncə Nəsimi rayonunun məktəbləri Şuşadan olan məktəblərlə əməkdaşlıq barədə razılıq əldə ediblər.
Firuzə Abdullayeva Nəsimi rayonu 23 № məktəbin direktor müavini: Azərbaycanlı kimi hər birinin borcudur ki bölgədə yaşayan şagirdlərin vəziyyəti ilə tanış olsunlar. Tanış olsun və görsünlər ki bizim balalarımız hansı vəziyyətdə oxuyurlar. Əlimzidən gələn hər bir köməkliyi göstərək ki bu balalara müəyən dəstək olaq. Bu balalarımız bilsin ki onlar tək deyillər. Bu ağırını bu acını bütün Azərbaycan çəkməlidir.
Natiq Hüseyn
- Baxış: 746