• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 13.10.2018 16:35

Millət vəkili Frankofoniya təşkilatını tənqid etdi

KepezTV Player

Frankofoniya təşkilatının Ermənistanda keçirilən sammiti işğalçının niyyətinin dəyişmədiyini bir daha göstərir. Parlamentari Məlahət İbrahimqızı sammit çərçivəsində təşkil edilən Frankofoniya şəhərciyində Ermənistan pavilyonunun fəaliyyəti, burada qondarma "Dağlıq Qarabağ” rejiminin öz sərgisini təşkil etməsini bunun nümanəsi kimi qiymətləndirir. Bunu beynəlxalq qanunlara zidd adlandıran deputat Ermənistannın tədbirdən öz işğalçılıq siyasətini davam etdirmək üçün istifadə etdiyinə diqqət çəkir.

Məlahət İbrahimqızı millət vəkili: Bir daha deyirəm ki bu təşkilat bir formal bir təşkilatdır. Baş katib özü də dünən öz çıxışında bunu dedi. Onun bütün çıxışları bu təşkilatın faəliyyətsizliyindən oldu. İki qüvvə arasında Fransa və Kanada arasında mübarizə yəni öz maraqlarının güdülməsi ilə yadda qaldı.

Natiq Hüseyn