• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 11.10.2018 14:17

Gəncə Tibb Kollecində təkmilləşdirmə kursu təşkil edilib

KepezTV Player

Mama və orta ixtisas tibb bacısı ixtisası üzrə tibb işçiləri 4 qrupda müasir müayinə metodları, müalicə və praflaktika, yeni dərmanlar barədə məlumatlandırılırlar.

Məhbubə Əliyeva - dinləyici: Şəmkir rayon Mərkəzi Xəstəxanasının birinci cərahiyyə şöbəsindən gəlmişəm. Tibbdə olan yenilikləri bizə öyrədirlər. Çox yaxşı savadlı müəllim və həkimlər var. Bizdə gələcəkdə imtahanı verib öz işimizdə bunu doğruldacağıq.

Aybəniz İsgəndərova - dinləyici: Ümumiyyətlə heç işləməmişəm. İşə müraciət edəndə mənə dedilər ki, imtahan verib sertifkat almalılaym. Ona görədə bura müraciət etdim. Dərslər çox yüksək səviyyədə keçir. Bitirdikdən sonra bu ay imtahanım olacaq. İmtahandan uğurla keçib, sertifkatımı alıb işə qəbul olaram)) ((K/A)) 24 günlük kurs bitdikdən sonra əczaçılq və feldşer ixtisası üzrə tibb işçiləri məlumatlandırılacaq. Kollecin səyyar briqadası bölgələrdə də kurslar keçir.

Natellla Tağıyeva - kurs rəhbəri: Qazaxda səyyar kursumuz var. 20 nəfərlik qruppadır. Bizim həkimlər ora ezamiyyə olunub. Burada keçilən proqram üzrə eyni qaydada dinləyicilər dərslər keçilir. Bu ildən gələn tibb bacılarına infarmatika dərsi də keçilir ki, komputerdən istifadə edib yeniliklərdən istifadə edə bilsinlər.

Kursu bitirən tibb işçiləri Bakıda Səhiyyə Nazirliyinin sertifkasiya komissiyasında imtahan verir və imtahandan keçənlər yenidən öz çalışdığı tibb müəsisəsində işləyə bilir. İmtahan verə bilməyənlərə də şans verilir və onlar yenidən kurslara cəlb edilir.

 

Elnur Vahidoğlu