KepezTV Player
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə və gənclər arasında sambo üzrə dünya birinciliyi start götürüb. Yarışda Azərbaycan millisi də iştirak edir. Yığmanın tərkibində qonşu ölkəyə 18 çəkidə eyni sayda idmançı yollanıb ki, onların 4-ü Gəncəlidi. Yeniyetmələrin yarışında 56 kq-da Hüseyn Hüseynov, 60-da Vilayət Bayramov və 87 kq üstəgəldə Nizami Hacıyev Gəncəni təmsil edir. Mundialda gənclər arasında isə Nizami yurdundan 100 kq üstəgəldə Ayxan Cəfərov ölkəmizin şərəfini qoruyur. Dünya birinciliyinə oktyabrın 15-də yekun vurulacaq.
Orxan Cəfərzadə
- Baxış: 408