HP şirkəti dəri geyindirilmiş Spectre Folio noutbuk-trasformerini ictimaiyyətə göstərib. Cihazın çərçivəsi maqnezium ərintisindən düzəlib və lazım olduqda dəri üzlüyü çıxartmaq olar. Deyilənə görə aparatı həm noutbuk, həm də planşet kimi rahatlıqla işlətmək mümkündür. Alüminium klaviaturanın klavişləri arasındakı məsafə 1,5 millimetrdir. Qurğu 13,3 düymlük Full HD ekran, 8-ci nəsil Intel Core i5 ya da i7prosessoru, Intel UHD Graphics 615 qrafikası və 4096 səviyyəli basma ilə komplektləşdirilir. Dəri üzlü HP Spectre Folion outbuku İ5 versiyada $1299-a satılmağa başlanıb.
- Baxış: 667