• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 11.10.2018 20:23

Gədəbəydə qonaq olan qadının qızılları oğurlanıb

KepezTV Player

Gədəbəydə mənzil qarət olunub. Evdən  xeyli miqdarda qızıl-zinət əşyası və nağd pul aparılıb. Oğurlanan qızıllar isə ev sahibinə deyil, qonağa məxsus olub. Artıq Gədəbəy polisi həm oğurlananları, həm də oğurlayanı tapıb.

Oktyabrın 7-si Gədəbəy rayonunun Tərsyer kəndində mənzillərdən birindən oğurluq edilib. Evdən xeyli miqdarda qızıl zinət əşyası və 7 min rus rublu oğurlanıb. Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayətinin Tovuz sakini, hal-hazırda həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədovun törətdiyi məlum olub.

Nicat Hüseynov müstəntiq: Həmin şəxs tərəfimizdən saxlanılıb və şəxsin üzərindən vətəndaşa məxsus olan oğurlanan qızıl zinət əşyaları aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs qonşusunun evinə qanunsuz daxil olmasını sərxoşluğu ilə əlaqələndirib.

Bəhman Məmmədov saxlanılan şəxs: Qapıları bağlı idi. Pəncərə açıq idi. Oradan içəri daxil oldum. Stolun üstəndə cantadan pul və qızılları götürüb çıxdım. Qızılları evə qoydum. 1000 rubl pul götürüb Qovlara getdim.

Oğurluq pulu içkiyə və gündəlik tələbat mallarına xərcləyən Bəhman Məmmədovun yerdə qalan pulu xərcləməsinə polis imkan verməyib. Saxlanılan şəxsin əməlinə istintaqın yekununda hüquqi qiymət veriləcək. Gədəbəy polisi bu istiqamətdə araşdırmaları davam etdirir.

Natiq Hüseyn