Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.10.2018 14:40
İrandan narkotik vasitələr gətirən 3 nəfər saxlanılıb
KepezTV Player
Sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik gətirən şəxslər saxlanılıblar. Sabirabad sakini 48 yaşlı Hüseyn Hüseynov və Gürcüstan vətəndaşı 23 yaşlı Anar Əliyevdən 725 qram heroin götürülüb. Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan sakini 30 yaşlı Rahib Həziyev müəyyənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub. Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 669
