Quba rayon sakini olan qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, icarə əsasında işlətdiyi dərzi sexindən pul oğurlanması barədə məlumat verib. Əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırmalarla adı çəkilən ünvana pəncərədən qanunsuz daxil olunaraq oradan 200 manat pul oğurlanması müəyyən edilib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 18 yaşlı şəhər sakini Qalib Əlibəyov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, o, cari ilin avqust-oktyabr ayları ərzində rayon ərazisində yerləşən 5 müxtəlif mağazadan ümumilikdə 1020 manat pul və bir fərdi evdən 400 manat pul və 800 manat dəyərində olan qızıl-zinət əşyaları oğurlayıb. Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb.
- Baxış: 572