Mercedes-Benz şirkətinin Amerika ofisi C-Class modelinin necə hazırlanması barədə reklam video çarxı hazırlayıb. Çəkilişlər üçün W202 kuzovlu avtomobil seçilib və o ən son modelə çevrilib. Bununla rəsmilər maşınlarının günün 24 saat ərzində dayanmadan hazırlandığını göstərməyə çalışıblar. Videodan göründüyü kimi mühəndislər yolda hərəkətdə olan köhnə C-Class modelinin kuzov panellərini, motor və mexatronikasını yeniləyirlər. W205 indeksli Mercedes-Benz C-Class 2014-cü ildə təqdim olunmuşdu.
- Baxış: 399