Nissan şirkəti xilasetmə xidməti olan “Qırmızı xaç” komitəsi üçün Titan pikapını yenilədi. Dizelli yolsuzluq avtomobilini sürətli reaksiya verən mobil kompleksə çeviriblər. Onun klimat-kontrol sistemli sərnişin modulu, yatağı, qan saxlamaq soyuducu, həmçinin mikrodalğalı soba və əl-üz yumaq üçün yeri də var. Xüsusi maşın nərdivan tipli çərçivəyə malikdir. Ofroud 5,0 litrlik 314 at güclü V8 dizel motorla şütüyür. Təchizatda tənzimlənən amortizatorlar, güc bamperləri, 5,5 ton yükü çəkmək iqtidarında olan elektrikli qoşqu çəkənə də rast gəlmək olar. Əlavə olaraq pikap 284 litrlik yanacaq çəni, ilk tibbi yardım üçün dəst, mobil mətbəx, generator, günəş panelləri, WiFi girişi ilə təmin olunub. Nissan Titanın üzərində baqaj yeri və köməkçi işıqlandırma bloku quraşdırılıb.
- Baxış: 619