Gəncə məktəblərinin şəhər və respublika fənn müsabiqələri və olimpiadalarında yüksək nəticə göstərən şagirdləri eyni sinifdə təhsillərini davam etdirirlər. İlk dəfə olaraq yaradılan xüsusi siniflər dəqiq və təbiət elmləri təmayüllüdür.
Dərya Namazova şagird:“Ötən il keçirilən riyaziyyat fənni üzrə müsabiqədən Respiblika birincisi, qızıl medal mükafatçısıyam. Mənim həvəsim riyaziyyat və məntiq fənninədir. Biz burada Gəncə şəhərində seçildik, xüsusi siniflərdə dərs alırıq. Mən Ali Neft Məktəbinə hazırlaşıram.
Şəhriyar Eminzadə şagird: “İki turluq olan fənn müsabiqəsinin fizika turnun birinci mərhələsində altmış iki faiz nəticə göstərdim. Mənim təbiət fənlərinə marağım olduğu üçün bu sinfə gəldim və gələcəkdə həkim olmaq istəyirəm”.
Xüsusi siniflər Azərbaycan bölməsi üzrə 22 nömrəli tam orta məktəbdə formalaşdırılıb. 7-ci sinfin şagirdləri Riyaziyyat-informatika, 8-ci sinifdə oxuyanlar isə təbiət elmləri təmayüllü siniflərdə təhsil alırlar. Pilot layihə olaraq yaradılan bu siniflər etimadı doğruldarsa sayı artırılacaq.
Abdulla Kərimov 22 nömrəli orta məktəbin direktoru: “Bu ildən təhsil qanuna dəyişikliklər edildi. Fənn müsabiqələrində respublikada yer tutan olimpidalarda yer tutanlat öz ixtisasları üzrə həmin universtetlərə qəbul olacaqlar. Ancaq beynəlxalq olimpiadalarımızda yer tutan şagirdlərimiz Azərbaycanad istənilən universtetdə öz profilləri üzrə istədikləri ixtisasları seçə biləcəklər. Bizdə gözləyirik ki, bu şagirdlərin içərisindən Respublikada, dünya olimidalarında yer tutan şagirdlərimiz olacaq”.
Xüsusi siniflərdə dərslər Təhsil Nazirliyinin təsdiqlədiyi xüsusi proqram üzrə kurikulum sistemi ilə keçilir. Tədrisi dianostik qiymətləndirmədə 50 baldan yüksək nəticə göstərən 14 müəllim aparır.
Həcər Piriyeva müəllim: Şagirdlərə proqramımız o biri siniflərdən fərqlidir. Onlara dərsləri daha geniş keçirik. Həmçinin bu şagirdlər başqa-başqa məktəblərdən gəldiyi üçün 5, 6 və 7-ci sinfin dərsləri də təkrar edilir”.
Respublika üzrə 13 şəhər və rayonda xüsusi siniflər yaradılıb. Gəncədə seçilən şagirdlərin sayı 47-dir.
Elnur Vahidoğlu
- Baxış: 643