KepezTV Player
Cavadxan yaşayış massivinin sakinləri onları narahat edən məsələləri Gəncə şəhər İcra Hakimiyyətini başçısı Niyazi Bayramovun diqqətinə çatdırıblar. Ərazidə bağça və məktəbin, həmçinin aptekin olmaması, sərnişin daşıma ilə məşğul olan 20 nömrəli avtobun sürücülərinin özbaşınalıqlarından daha çox şikayət edilib. Sakinlər qəsəbədə yeni tikilən evlər üçün infrastrukturun qurulması məsələsini də gündəmə gətiriblər. 30-a yaxın vətəndaşın istək və təkliflərinin həll edilməsi üçün aidiyyatı üzrə tapşırqlar verən icra başçısı Cavadxan qəsəbəsində abadlıq quruculuq işlərinin aparılacağını vurğulayıb.
- Baxış: 428