Fransanın intellektual sistemlər və robotexnikalar İnstitutunun bir qrup mühəndisi mobil cihaza qoşulan çox funksiyalı robotlaşdırılmış barmaq ixtira ediblər. Robot barmaq insanın işarə barmağı ölçüsündədir və 3 seqmentdən ibarətdir. Barmaq 5 servomotorun köməyilə hərəkət edir. Belədə o əyilə, müxtəlif istiqamətlərə çevrilə və 0,8 nyuton güclə basa bilir. Qurğunun əsasını idarəetmə üçün mikrokontroller və smartfona qoşulmaq üçün port yerləşir. Qeyri-adi aksesuarın cəmiyyətdə kifayət qədər geniş istifadə olunmaq ehtimalı var. Məsələn, o yeni mesajlardan xəbər verir, dirəkcik və fənər kimi istifadə olunur, hətta stolun üzərində smartfonu hərəkət etdirir.
- Baxış: 479