Fəsil dəyişkənliyi infeksion xəstəliklərin də baş qaldırmasını aktivləşdirib. Ələxsus da hava dəyişkənlikləri qrip və kəskin respirator virus infeksialarının artması üçün münbit şərait yaradır. Profilaktik və əksepidemik tədbirlərin aparılması üçün Səhiyyə Nazirliyi də tədbirlərə başlayıb.
Daha çox azyaşlı uşaqlar və ahıl şəxslər infeksion xəstəliklərə yoluxur. İmmunitetin zəif olması burada əsas amildir. Buna görə də yerli səhiyyə qurumlarına məktəblər və məktəbəqədər uşaq müəsisələrində tibbi müşahidələr aparmaq, sahə həkimlərinə ərazi üzrə müayinələri genişləndirmək tapşırılıb.
Şirin Əhmədova - Gəncə Şəhər Səhiyyə İdarəsinin baş infeksionisti: Sahə həkimləri daimi olaraq öz sahələrində müayinələr aparır. Xəstələrlə daimi kontakta olurlar. Körpə uşaqlar isə peyvəndə çağrılır. Körpələr ay ərzində 1 dəfə yaşlılar isə 3 ayda bir dəfə müayinəyə cəlb olunurlar. Eyni zamanda sahə tibb bacıları sahədə olan bütün xəstəliklər haqqında öz həkimlərinə məlumat verirlər.
Halsızlıq, hərarətin artması və iştahasızlıq kimi simptomlar xəstəliyin əlamətləri sırasındadır. Yersiz müdaxilələr isə vəziyyəti daha da ağırlaşdıra bilər. Bu üzdən həkim təyinatı olmadan antibiotiklərdən istifadə məsləhət görülmür.
Gəncədə qripə yoluxma ehtimalı olan xəstələrin, hospitalizasiyası üçün xüsusi palatalar ayrılaraq dərman pereparatları ilə təchiz olunub.
Elton Cabbarlı
- Baxış: 454