Ölkə başçısının sərəncamı ilə Gəncədən iki pedaqoqa əməkdar müəllim adı verilib, təhsil nazirinin əmri ilə isə 1 müəllim qabaqcıl təhsil işçisi döş nişanı, üç nəfər isə fəxri fərmanla mükafatlandırılıb. Ötən tədris ilində təhsilin inkişafında göstərdiyi xidmətlərə görə 40 nəfər pedqoq Şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib. Gəncədə təhsil işçiləri ilə keçirilən görüşdə şəhər üzrə 46 orta məktəbdə 40 min 677 şagirdin təlim tərbiyəsi ilə 3868 müəllimin məşğul olduğu vurğulanıb.
Şəmkirdə ölkə prezidentinin sərəncamları ilə 20-dən çox təhsil işçisi əməkdar müəllim adını alıb. 17 pedaqoq isə tərəqqi medalı ilə təlif edilib. Bu günlərdə isə Məhəmməd Füzuli adına Şəmkir şəhər tam orta məktəbin ibtidai sinif müəlliməsi Sevinc Əmrahova da “Tərəqqi” medallı pedaqoqlar sırasına daxil olub. İki müəllim isə Təhsil Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb. Müəllimlərin peşə bayramı günüə həsr edilən tədbirdə bir qrup təhsil işçisi fəxri fərman və xatirə hədiyyələri ilə müküfatlandıırlıb.
Natiq Hüseyn
- Baxış: 1512