Heydər Əliyev mərkəzinə ulu öndərin həyatı, ictimai-siyasi fəaliyyəti ilə yaxından tanışlıqdan sonra təşkil edilən mərasimdə gənclərə müstəqil Azərbaycanın milli ordumusunda xidmət etməyin böyük şərəf olduğunu çatdırılıb. Hazırda ordu quruculuğu istiqamətində tədbirlərin davam etdirildiyi, hərbi hissələrin maddi-texniki təminatının müasir tələblər səviyyəsində yeniləndiyi, əsgərlərin hərbi-psixoloji hazırlığının yüksək səviyyədə olduğuna diqqət çəkilib. Bunun nəticəsidir ki, ölkədə olduğu kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən hərbidən yayınma hallarına rast gəlinmir. Yolasalma mərasimində hərbçilərin nümunəvi çıxışları, döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqları silahlı qüvvələrin gücünə inamı daha da artırıb.
Nicat Əliyev çağırışçı:Məndə çağırışçıyam. Vətəni qorumaq hər zaman bizim üçün şərəfdir. Bu gündə o gündür ki əsgərlərimiz hərbi xidmətə yollanırlar. Bu gün əhval-ruhiyyəmiz o qədər yüksəkdir ki bizi daha qüvvətli və güclü olmağa zövq edir.
Şəlalə Zeynalova valideyn:Bütün valideynlər kimi mənimdə sevincimin həddi hüdüdü yoxdur. Övladrlarımız sağ-salamat gedib hərbi xidmətlərini başa vurub geri qayıtsınlar. Bizdə hər bir dəqiqə övladlarımızla birlikdə vətənimizi qorumağa hazırıq.
- Baxış: 700