• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 03.10.2018 23:22

Şəmkirdə külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları Şəmkirdə əməliyyat keçiriblər. Rayon sakininin evindən külli miqdarda narkotik tərkibli bitki aşkarlanıb. Hazırda çətənə kollarını əkib-becərən şəxsin axtarışları aparılır.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsinə Şəmkir rayonunun Dəllər-Cəyir kənd sakini  36 yaşlı Eynur Əliyevin narkotik tərkibli bitkilərin kultivasiyası, eyni zamanda satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Məlumatın yerində yoxlanılmasına qərar verilib və Regional Şöbənin əməkdaşları Dəllər-Cəyir kəndində Eynur Əliyevin yaşadığı evə baxış keçiriblər. Aqronom mütəxəssislərin və hal şahidlərinin iştirakı ilə evin həyətində qurulan istixananın kənarında aqrotexniki qaydada yetişdirilən 11 ədəd çətənə kolu aşkarlanıb.

Azər Əsgərov - baş əməliyyat müvəkkili: Alim-aqronomun iştirakı ilə baxış keçirilib. Baxış zamanı həqiqətən bitkilərin becərilməsi kultivasiya olunması öz təsdiqini tapıb. Axtarışların davamı olaraq yaşadığı ünvanda müxtəlif yerlərdə Eynur Əliyevə məxsus tərkibində narkotik maddələr olan kəskin iyili kütlələlər aşkar olunub.

Ümumi çəkisi 10 kiloqram 600 qram olan narkotik maddə - marixuana və digər zəruri sübutlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin  İstinta Şöbəsinə göndərilib. Əvvəllər məhkumluq həyatı yaşayan Eynur Əliyevin tutulub məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Natiq Hüseyn