Sony şirkəti oyun konsolunun yeni kiçik versiyasını anons edib. Balacalaşan 1-ci nəsil PlayStation Classicdir. Miniatür variant əvvəlkindən 45% yığcamdır. O, televizora qoşulmaq üçün HDMI girişinə malikdir və 20 retro oyunları dəstəkləyir. PlayStation Classic ABŞ-da 3 dekabrdan iki tam ölçülü kontroller və USB kabellə birgə $99,99-a satılacaq. İlk PlayStation 1994-cü ildə çıxmışdı.
- Baxış: 342