• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1389
— 02.10.2018 17:43

Jiquli, Toyota və Audini bir il torpağın altında saxladılar

Rusiyanın Novosibirsk şəhərindən “Qaraj 54” adlı komanda bir il torpağın altında qalan maşınları üzə çıxarıb. Bununla blogerlər sovet, yapon və alman avtomobillərinin dözümlülüyünü yoxlayıblar. Eksperimentdə VAZ-2101, Toyota Corsa və Audi 100 modelləri iştirak edib. Ötən ilin sentyabrında basdırılan maşınları üzə çıxardıqdan sonra onların vəziyyəti yoxlanılıb, hətta işə salmağa cəhd ediblər. Torpaq salon və motor bölməsinə qədər daxil olub. Jiquli və Toyota avtomobillərinin mühərrikini işə salmaq mümkün olsa da Audidə bu, alınmayıb.