Azərbaycan gəncləiyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi 3 istiqamətdə aparılır. Nəticədə gənclərin maraq dairələri, onların problemləri, ölkənin inkşafındakı rolu, eləcə də “Dayanıqlı İnkşaf Məqsədləri” və “Strateji Yol Xəritlərinin” icrasında gənclərin iştirakı kimi amillər müəyyən edilir. Konfransda diqqət yetirilən məqamlar da elə bunlar olub.
Azad Rəhimov gənclər və idman naziri: Gənclərin bu günkü həyatı onların bütün maraqlarını əhatə edir biz belə düşünürük. Forum yeni bir təkan, yeni bir tövsüyyələr, gənclər üçün yeniliklərlə yadda qalacaqdır. Biz çalışırıq ki, iştirak edən müxtəlif nazirlik və təşkilatların nümayəndələri öz fikirlərini söyləsinlər və gəncləri maraqlandıran suallara cavab versinlər.
Gənclərin müasir tələblər səviyyəsində tərbiyə və təhsil almaları, onlara etimat göstərilməsi, asüdə vaxtın səmərəli təşkili istiqamətində dövlət qayğısından da danışılıb.
Göyüş Şəfizadə iştiakçı: Mən elə fikirləşirəm ki, Azərbaycan gəncliyi vətənpərər ruhda böyüyüb inkşaf etməlidir. Yaxın gələcəyə nəzərə salsaq görərik ki, 2016-cı il aprel döyüşləri bizim üçün canlı tarix oldu. Gənclərin könüllü sürətdə cəbhə bölgələrimizə üz tutması Azərbaycan gəncliyini vətənpərvər ruhda yetişməsindən xəbər veriridi
Nuray Əsgərova iştiakçı: Bu kimi tədbir və forumlarda bizim iştiakımız, bizi daha həmrəy və demokratik cəmiyyətdə yetişməyimizin göstəricisidir. Mən xüsusuilə qeyd etmək istəyirəm ki, biz gənc müəllimlərdə gənclərin sıralarında sayca üstünlük təşkil edirik. Buda bizə kifayət qədər təkan veriri ki, biz dövlətçiliyimizi daha da qoruyaq
Konfrans iştiakçıları Gəncə Dövlət Filarmoniyasında qərb bölgəsi gənclərinin qazandıqları uğurları əks etdirən sərgi ilə tanış oldular. Gənc rəssamların əsərləri, dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb. Həmçinin konsert proramı təşkil edilib.
- Baxış: 776