• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 02.10.2018 15:18

Heyvan oğrusu saxlanıldı

KepezTV Player

Xızı Rayon Polis Şöbəsi əməkdaşları rayonun Baxışlı, Fındığan və Xələc kəndlərində yerləşən fərdi təsərrüfatdan, ümumilikdə, 63 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayan şəxsi saxlayıb.Araşdırmalarla həmin şəxsin Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Adıyev olduğu müəyyən edilib. Saxlanılan şəxs cari ilin iyul-sentyabr ayları ərzində zərərçəkmişlərə 10 min manatdan çox maddi ziyan vurub.Dindirilmə zamanı Mirəli Adıyev törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanların bir qismini Bakı və Sumqayıt şəhərləri ərazisində satdığını bildirib. Oğurlanan heyvanlardan 44 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan isə maddi sübut kimi polis əməkdaşları tərəfindən rayon ərazisində aşkar edilərək götürülüb. Faktla bağlı Xızı RPŞ-nin istintaq qrupunda cinayət işi açılıb. Mirəli Adıyevin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.