Ford Mustang Nurburqrinq trassını tamamilə driftlə keçən ilk avtomobil oldu. Sükan arxasında drift üzrə dünya çempionu Von Gittin olub. 20,7 kilometrlik yol üçün 5 litrlik 912 at güclü Ford Performance motoru olan Mustang seçilib. Trassın bəzi yerlərində maşının sürəti 241 km/saata çatıb. Çəkilişlər zamanı bir kvadrokopter və 3 ədəd Nitto rezini sıradan çıxıb. Təəssüratlarını bölüşən Gittin bildirib ki, ən dəlisov kadrlardan biri Pflançqarten məntəqəsində olan tullanış idi.
- Baxış: 442