Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində Qazaxın Yuxarı Salahlı kəndində həkim məntəqəsi üçün yeni bina istifadəyə verilib. Ötən müddət ərzində proqrama uyğun olaraq Azərbaycanda 250-dən çox layihənin reallaşdığı, onlardan da 3-nün rayonda icra edildiyi vurğulanıb. Onlardan biri içməli su, digəri isə yeni həkim məntəqisinin inşası ilə bağlı olub. Yeni inşa olunan həkim məntəqəsi isə 8 otaqdan ibarətdir. Burada ilkin tibbi yardım, peyvənd, ginekologiya, stomatologiya, ailə həkimi kimi xidmətlər göstəriləcək. Bütün otaqlar zəruri inventar və avadanlıqla təchiz olunub. Ümumilikdə rayonda 6 xəstəxana, 16 həkim və 17 tibb məntəqəsi fəaliyyət göstərir. Hazırda rayonda 145 çarpayılıq müasir xəstəxana kompleksinin inşası aparılır. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Yaponiyanın Azərbaycandakı səfiri Teryuki Katoriyə xatirə hədiyyələri təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 1340