Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsbiqəsi” layihəsinə yekun vurulub. Layihə çərçivəsində Gəncənin orta məktəblərində riyaziyyat, kimya, bialogiya, fizika və infarmatika fənləri üzrə 6 və 7-ci sinif şagirdlərindən ümumilikdə 42 nəfər seçilib. Həmin şagirdlər 3 ay müddətində dərslərə, məşğələrə və sınaq imtahanlarına cəlb olunub və onlardan 6-si Respublika fənn müsabiqəsində şəhəri təmsil edib. İştirakçılardan 2 nəfər qızıl, 1 şagird gümüş və 3-ü isə bürünc medal qazanıb. Qaliblərə eləcə də digər layihə iştirakçılarına sertifkatlar verilib.
Sohrab Hacıyev Gəncə Şəhər Metodiki Mərkəzinin direktoru:Şagirdlərin fənn olimpiadalarına, müsabiqələrinə meyylərin artırılması, bütün fənnlərin tədrisinin keyfiyyətinin yüksəltməklə bağlı bu layihələr həyata keçirilir.
Dərya Namazova qızıl medal mükafatçısı:Çalışacam ki, bundan daha böyük nailiyyətlərə çatam. Azərbaycanımızın bayrağını digər ölkələrdə, beynəlxalq olimpiadalarda da ucaya qaldıracağam.
- Baxış: 727