• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 28.09.2018 14:05

Goranboyda biçindən sonra əkin sahəsinin nəzarətsiz buraxılması yanğına səbəb olub

KepezTV Player

Biçindən sonra əkin sahəsinin yandırılaraq nəzarətsiz buraxılması bu dəfə Goranboy rayonunda baş verib. Xoylu bələddiyəsinin ərazisində vətəndaş Sarı Rzayevə məxsus sahədə qeydə alınan alov genilənərək yol kənarındakı ağacların da yanmasına səbəb olub. Dərhal hadisə yerinə yağınsöndürənlər cəlb olunub və alovun qarşısı alınıb. Ərazidə araşdrıam aparan 10 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin əməkdaşları yanğın nəticəsində 78 ədəd müxtəlif diametrli şam ağaclarının zədələndiyini müəyyənləşdiriblər.

Rövşən Məmmədov - 10 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsini əməkdaşı: “Qanunvericiliyə görə, kövşənliklərin yandırılması İnzibati Xətalar məcəlləsində nəzardə tutulduğu kimi inzibati xəta sayılır və fiziki şəxslər 400 manat cərimə olunurlar. Magistral avtomobil yollarının kənarında yanmış ağacların hər biri üçün fiziki şəxslər 300 manata qədər cərimə nəzərdə tutulmuşdur. Araşdırmalar aparılır təqsirkarlar kimdirsə müvafiq tədbirlər görüləcəkdir”.