LG şirkəti ev üçün LG SIGNATURE-dən üç yeni avadanlıq təqdim edib: quruducu, soyuducu və pivə şkafı. İlk ikisi ilə bağlı hər şey aydındır. “Ağıllı” quruducu paltarın çəkisini avtomatik müəyyən edir və parametrləri seçmək üçün əziyyət çəkmək lazım deyil. Soyuducu isə hərəkətli rəfi göz səviyyəsinə qaldırır və əgər əllər məşğuldursa qapını özü açır. Ən maraqlısı pivə şkafıdır. Onun içərisində olan bir neçə isti rejim sayəsində müxtəlif çeşiddə pivələri ideal səviyyədə qoruyub saxlamaq olar. Daxilə maksimum 65 ədəd pivə şüşəsi yerləşdirmək mümkündür. Şkaf “salam, qapını aç” səsli əmiri ayırd etmək qabiliyyətindədir. Amma şkaf təkcə səslə yox, həm də aşağı hissədən də açılır. Əgər içəridəki pivələrin vəziyyətini yoxlamaq istəsəniz şüşəni iki dəfə döymək kifayətdir. Nəticədə içəri işıqlanır və şüşə qablar görsənir. LG SIGNATURE yeniliklərinin nə vaxt istehsala çıxarılacağı və neçəyə başa gələcəyi bildirilmir.
- Baxış: 591