• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 27.09.2018 16:59

“Kəpəz” qələbəni hədəfləyib

KepezTV Player

Futbol üzrə I Divizionda V tura start verilib. Tur çərçivəsində sabah “Kəpəz” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edəcək. “Sarı-göylər” növbəti ev matçında qələbəni hədəfləyib. Ötən tur Zaqatala səfərində çempionatda ilk xalını qazanan Gəncə klubu qarşıdakı oyuna yaxşı motivasiya olunub.

Bakılılarla görüşdə Eltac Mirzəyev “Kəpəz”ə kömək edə bilməyəcək. Zaqatala ilə oyunda qırmızı vərəqə alan hücumçu AFFA-nın İntiazm Komitəsi tərəfindən 3 oyunluq cəzalanıb. Yeri gəlmişkən, məşqçilər korpusu da Mirzəyevi cərimələyib. Meydançanı tərk edərkən kluba qarşı hörmətsizlik göstərən futbolçu formasını nümayişkaranə şəkildə yerə atıb. Bu hərəkət isə onun bir aylıq məvacibinin kəsilməsi və bir müddət məşqlərdən kənarlaşdırılması ilə nəticələnib.

 “Kəpəz” – “Qaradağ Lökbatan” oyunu sentyabrın 28-də saat 15:30-da başlayacaq.

Azad Rəfi