Azərbaycan Dövlət Aqrar Universitetində qəbul imtahanlarında və yay imtahan sessiyasında yüksək bal toplayan tələbələrlə görüşüb. Rektor İbrahim Cəfərov tələbələrə universitetin büdcədənkənar vəsaiti hesbına əlavə təqaüdlərin verilməsinin yüksək nəticə göstərən tələbələrin sayının hər il artmasına səbəb olduğuna diqqət çəkib. 2018/2019-cu tədris ilində universitetə qəbul olan 1292 tələbənin 879-u dövlət sifarişi əsasında qəbul olub ki, bunun da 843-ü kənd təsərrüfatı ixtisaslarını əhatə edir. Cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüd verilir. Bu, ümumilikdə 44 tələbəni əhatə edir. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrə isə ayda 120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd veriləcək ki, bu da 38 tələbəni əhatə edir.Bundan başqa görüşdə 2017/2018-ci tədris ilinin yay imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplayan əyani təhsil alan 24 nəfərə stimullaşdırıcı tədbir olaraq büdcədənkənar vəsait hesabına 60-100 manat arası əlavə təqaüd veriləcəyi vurğulanıb. Əvvəlki tədris illərində olduğu kimi, “aqronomluq”, “iqtisadiyyat” ixtisasları üzrə ingilis bölməsində təhsil alan 34 tələbəyə də ayda 50 manat veriləcək.
- Baxış: 374