• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 27.09.2018 14:45

Magistralı keçmək istəyən piyadanı maşın vuraraq öldürüb

KepezTV Player

Ölümlə nəticələnən daha bir ağır qəza paytaxtda baş verib. Xəzər rayonu ərazisində aeroport yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Hava Limanı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil yolu keçən təxminən 45-50 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəza yerinə Dövlət Yol Polisi və Xəzər rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Hadisəni törədən sürücünün ifadəsi alınıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Qəzada ölən piyadanın paytaxt sakini İmran Ağayev olduğu müəyyənləşib. Faktla əlaqədar cinayət işi başlanılıb.