• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 27.09.2018 13:06

Tovuzda silsilə oğurluqlar törədən qohumlar saxlanılıblar

KepezTV Player

Onlar bu ilin aprelindən avqust ayına kimi rayonun müxtəlif ərazilərində 6 evdən qızıl-zinət əşyaları götürməkdə təqsirləndirilirlər.

29 yaşlı Eşqin Hüseynov və onun dayısı oğlu 27 Anar Cəfərli Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Araşdırmalarla məlum olub ki, qohumlar şadlıq sarayında toy məclisi qurub, evdə olmayan şəxslərin mənzillərini qarət ediblər. Götürdükləri qızıl-zinət əşyalarını Tovuzda sataraq, pulunu aralarında bölüblər. Qənimətin əsasını kef məclislərinə xərcləyiblər. 

Nazim Məmmədov - Tovuz RPŞ-nin İstintaq bölməsinin rəisi: “Onlar əsasən toy evlərini seçiblər. Belə ki, toy sahibləri şənlik evinə çıxıb getdikdən sonra həmin evlərə qanunsuz olaraq daxil olub, oradan əsasən qızıl-zinət əşyaları və nağd pul oğurlayıblar”.

Saxlanılan Eşqin Hüseynov etiraf edib ki, cinayət törətdiyi evlərin bəzilərində usta işləyib. Bu səbəbdən toy məclisinin harda, nə zaman qurulacağını, evin nə vaxt boş qalacağını yaxşı bilib. Plan qurub və qohumunu da əməlinə ortaq edib.

Eşqin Hüseynov - saxlanılan şəxs: “Gördüm qapını bağlayıb toya gedirlər. Üstündən bir az keçəndən sonra hasardan içəri daxil oldum. Zirzəmidə açar var idi, onu götürüb qapını açdım. İçəridən pul və qızıl çıxdı”.

Cinayət hadisələrinin əksəriyyətində qarət üçün Eşqin içəri daxil olub, Anar isə ətrafa göz gəzdirməklə ona lazımi şəraiti yaradıb.  

Anar Cəfərli - saxlanılan şəxs: “Köhnə xəstəxananın yanından keçirdim. Birdən gördüm ki, bağlı qapı var. İçəri daxil odlum. Yataq otağınında zinət əşyası və 290 manat pul götürdüm”.

Qohumlar barəsində Tovuz Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktlarla bağlı açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Şəxslərin digər qanuna zidd əməllərdə iştirakı istisna edilmir.

Natiq Hüseyn