• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 26.09.2018 14:23

Daşkəsənlilərin su problemi həll edilir

KepezTV Player

Daşkəsəndə su və kanalizasiya sisteminin yenilənməsi işləri yekunlaşmaq üzrədir. Hazırda layihə çərçivəsində su təmizləyici qurğuların inşası aparılır. Artıq abonentlər fasiləsiz olaraq içməli su ilə təchiz olunmaqla kanalizasiya sarıdan da çətinlik çəkmirlər.

Rəna Yusifova – sakin: Problemlərimiz çox olurdu. 3-4 gündən bir su gəlirdi. İndi şükürlər oslun ki yeni su xəttinin çəkilişi ilə əlaqədər suyumuz 24 saat gəlir.

Mübariz Həsənov – sakin: Əvvəllər bir az çətinliyimiz olub. Şükürlər olsun ki indi təzə xətt verilib. Hamı norma su ilə təchiz olunur.

Daşkəsəndə su və lanalizasiya sisteminin yenilənməsi layihəsinə uyğun olaraq Əmirvar kəndi ərazisində mövcud olan təbii bulaqlardan 20 km-dən çox magistral, 17 km-dən artıq rayon daxili, 7 km evlər arası su xətti çəkilib. 4 su hovuzu, 3 nasos stansiyası, 2 təmizləmə anbarı yaradılıb. Bütün mənzillərdə smartakart tipli elektron sayğac quraşdırılıb.

Mikayıl Orucov - Daşkəsən Su Kanal İdarəsinin rəisi: Bildiyiniz kimi Daşkəsən rayonu dağlıq rayondur. Buna baxmayaraq abonentlər 24 saat su ilə təchiz olunur. 2050 abonentimiz var. Hamısı smartakart tipli sayğaclardan istifadə edir. Qarşıdan qış mövsümü gəlir. Mövsümə hazırlığımız yaxşıdır.

Rayonda kanalizasiya sisteminin yeinlənməsi işləri də tam başa çatıb. Bunun üçün 11 km-dən çox magistral, 10 km-dən artıq məhəllədaxili xətt çəkilib. Hazırda axıdılan çirkab suların təmizlənməsi üçün sutəmizləyici qurğuların inşası aparılır. 

Elşad Zeynalov - sahə rəisi: Çirkab su təmizləyici kompleksdə bizim 17 adda qurğularımız olacaq. Bunun mahiyyəti ondan ibarətdir ki təbiətə ziyan vurmadan çirkab sular təmizlənsin və çaylara axıdılsın.

Çirkab sutəmizləyici qurğunun ümumi tutumu 3500 kubmetr olacaq. Layihədə nəzərdə tutulan işlərin gələn il tam başa çatdırılması nəzərdə tutulub.

 

Natiq Hüseyn