• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 26.09.2018 13:20

Sakinlərin etibarından sui-istifadə edən Astara sakini yaxalandı

KepezTV Player

Sakinlərin kartlarındakı pulu mənimsəyən şəxs saxlanılıb. Astara sakinləri RPŞ-yə ərizə ilə müraciət edərək bildiriblər ki, şəhər ərazisində bankomatlardan birinin yanında dayanan tanımadıqları şəxsə plastik kartlarını verərək pullarını çıxarmağı xahiş ediblər. Həmin şəxs isə “kartda pul yoxdur” - deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pullarını çıxararaq mənimsəyib. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib və o, saxlanılıb. Hüseynov avqust-sentyabr aylarında daha 2 rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib. Faktla bağlı araşdırma aparılır.