Cəlbedici işlərdən biri də Candy Bianca paltaryuyan maşınıdır. Garage Italia dizayn bürosu ilə birgə ərsəyə gələn qurğuya istəyə görə qızılı rəngdə qapaq quraşdırmaq olar. Daha klassik variant olan Candy Rapid’Ò isə heç də az funksiyalar malik deyil. ənənəvi görsənsə də onun əsas özəlliyi çox sayda qısa zamanda yumaq üçün proqramlarının olmasıdır. Məsələn ən qısa 14 dəqiqəlik və ən uzun isə 59 dəqiqəlik proqramlar var. Paltayuyan maşında ehtiyatlı yuma və yüksək temperaturda yuma qabiliyyətli dövrlər də tapmaq olar. Mobil tətbiqetmə və internet sayəsində bu proqramların sayını artırmaq imkanı mövcuddur. Qurğunun ölçüsünü 3 sm artırıb və paltar yığmağı asanlaşdırmaq üçün bir qədər hündür ediblər. Prototipin kütləvi istehsalı 2019-cu ilə planlaşdırılır.
- Baxış: 380