KepezTV Player
“Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb. “Sarı-göylər” qarşıdakı mövsümdən Region Liqasında Gəncəni təmsil edəcək “Qoşqar” komandası ilə qarşılaşıb. Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun I divizion klubunun qələbəsi ilə başa çatıb. “Kəpəz” rəqib qapısından 4 top keçirərək cəmi birini buraxıb. Komandanın məşqçilər korpusu Gəncə derbisində əsasən çempionat oyunlarında ehtiyatda qalan futbolçulara heyətdə yer verib. Etibar İbrahimovun yetirmələri aşağı liqada növbəti görüşünü sentyabrın 28-də keçirəcək. “Kəpəz” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edəcək.
Azad Rəfi
- Baxış: 666