• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 24.09.2018 23:00

Məşuqu 21 yaşlı qadını 11 bıçaq zərbəsi ilə öldürdü

KepezTV Player

Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki restoranlardan birində qətl baş verib. 21 Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Mehdiabad Polis bölməsinin və Abşeron rayon prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş 35 yaşlı Nəriman Əliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs 11 bıçaq zərbəsi ilə öldürdüyü Aysel Orucova ilə 3 il öncə gecə klubunda tanış olub və mütəmadi olaraq görüşürmüşlər. Nəriman Əliyev qadını yalan danışdığı üçün öldürdüyünü deyib. Belə ki, Aysel Orucova bir günü Əliyevlə keçirəcəyini desə də, daha sonra işlədiyi gecə klubuna geri dönməkdə israr edib. Əliyev isə çarəni bıçağa əl atmaqda görüb.