![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/gencephs.jpg?itok=EQPMECzD)
Gəncədə partlamamış hərbi sursatlar aşkar edilib. Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. 1 ev və həyatyanı sahəyə baxış keçirilib. Nəticədə 74 ədəd partlamamış hərbi sursat - 62 ədəd LPS patronu, 10 ədəd PQ-7 raketi və 2 ədəd PQ-9 raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
- Baxış: 599