Gədəbəy polisi küllü miqdarda narkotikin dövriyyədən çıxarılmasına nail olub. Rayon sakininin həyətyanı sahəsində və evində aşkarlanan çətənə kolları və qurudulmuş marixuanna heyrət yaratmaya bilməz. Elə kolların əkilməsi üçün əldə edilən toxumlar da. Hüquq mühafizə orqanı əməkdaşlarının əməliyyatı şəxsin əməyinin bəhrəsini görməyə imkan verməyib.
Gədəbəyin Maarif kənd sakini 37 yaşlı Amin Məmmədovun Slavyanka kəndindəki evində narkotik tərkibli bitkilər əkib becərməsi ilk baxışdan şübhə yaratmayıb. Çünki çətənə kolları hər tərəfdən əkilən paxlalı bitkilərlə əhatələnib. Lakin polisə daxil olan əməliyyat məlumatı hündür qarğıların arasındakı narkotik bitkiləri aşkarlamaq üçün kifayət edib. Hal şahidlərinin iştirakı ilə hündürlüyü 2 metrdən böyük 173 ədəd ümumi çəkisi 2249 kloqram olan kol müəyyən edilib. Bundan başqa Amin Məmmədovun yaşadğı evin yardımçı otaqlarından yarı qurudulmuş halda 97 kloqram 500 qrqam, eləcə də quru halda şüşə bankalara yığılan ümumi çəkisi 8 kloqram 400 qram olan marixuana aşkarlanıb.
İbrahim Hüseynov - baş müstəntiq: Təbii ki bir belə ərazidə əkilib aqrotexniki qaydada qulluq eidlməsi və qurudularaq bankarlarda hazır vəziyyətdə qablaşdırılması tam olaraq məlumdur ki bu şəxs narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olur.
Aşkarlanan narkotik tərkibli bitkilər toplanaraq ekspertizaya təqdim olunub. Amin Məmmədov polis tərəfindən şübhəli kimi saxlanılıb. O ilkin ifadəsi zamanı narkotik tərkibli bitkilərinin toxumlarını xarici ölkələrdən birindən maraqlı yolla əldə etdiyini deyib.
Amin Məmmədov - saxlanılan şəxs: İnternet vasitəsi ilə toxumları sifariş verdim. Gəldi bizim yerli poçta götürdüm əkdim. Məqsədim belə deyim satmaq olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.2 və 237.2.3 maddələri ilə - yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlama maddələri ilə iş başlanılıb, istintaq aparılır.
Natiq Hüseyn
- Baxış: 1055