• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 24.09.2018 11:03

Bu da ən güclü BMW X2

BMW şirkəti X2 kross-kupenin yeni güclü versiyasını nümayiş elətdirib. M35i modifikasiya M Performance atelyesindən iki litrlik turbomotor qazanıb. Bu, 4 silindrli aqreqatlar arasında ən güclüsü hesab olunub. Avtomobilin bu versiyası bundan 8 diapazonlu avtomatik sürət qutusu işləyəcək. Burada özəl parametrlər və maşının daha sürətlə yerindən götürlüməsinə imkan verən lonç-kontrol (launch-control) quraşdırılıb. M Performance-ın ilk motoru olan TwinPower Turbo 306 at gücündədir. O, Steptronic avtomatik sürət qutusu və xDrive tam ötürücü sistemlə vəhdət təşkil edir. İlk “yüzü” yığmaq üçün BMW X2 M35i-a 4,9 saniyə lazımdır. Kross-kupenin təchizat siyahısına özübağlanan M Sport differensial, gücləndirilmiş əyləc mexanizmləri və alqoritm işləri dəyişdirilmiş sükan idarəetməsi daxildir. X2 M35i üçün parametr qismində iki rejimli adaptiv asma təklif edilir. Eyni zamanda baş optika və Full HD texnologiyalı duman əleyhinə faralar gözə dəyir. Salonda dəridən M Sport sükanı və idmansayağı oturacaqlar quraşdırılıb. Maşın proyeksiyalı ekran, naqilsiz Apple CarPlay, tıxacda hərəkət asistenti və parketmə köməkçisi ilə təmin olunub. BMW X2 M35i kütləvi istehsalı noyabr ayından başlanacaq. Onu əldə etmək üçün isə gələn ilin ən azı mart ayını gözləmək lazımdır.