Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib. İdarəyə müraciət edən qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədə naməlum şəxsin ona hücum etdiyini və qızılboyunbağısını qopararaq hadisə yerindən qaçdığını bildirib. Cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb. Ətrafında aparılan əlavə istintaq-əməliyyat tədbirləri ilə onun başqa cinayətlərinin də üstü açılıb. Belə ki, həmin şəxsin müxtəlif vaxtlarda şəhər ərazisində daha iki qadına qarşı soyğunçuluq edərək zərərçəkənlərin qızıl-zinət əşyaları və əl çantalarını ələ keçirdiyi məlum olub. İstintaq zamanı onun qadınlara ümumilikdə 2000 manata yaxın maddi ziyan vurduğu sübuta yetirilib. Faktla bağlı cinayət işi açılıb.
- Baxış: 753